TƏQAÜD NECƏ LƏĞV OLUNDU
Hörmətli redaqsiya, salam.
Qəzetinizin 28 fevral 2008 –ci il tarixli sayısında günümüz baxımnından çox aktual olan bir mövzuya müraciət etdiyiniz üçün bəri başdan sizlərə təşəkkürümü bildirirəm. Qəzetinizin maişətinə çıxardığınız “Təqaüd ləğv olundu” yazısı təkcə mənim deyil bu gün ədəbiyyatla məşğul olan yüzlərlə cavan yazarın marağına səbəb olub. Ancaq bu yazıya mən də öz münasibətimi bildirmək fikrindəyəm.
Məlumunuz olsun ki, mən də AYB-nin üzvüyəm. Neçə dəfə bu qurumdan uzaqlaşmaq istəsəm də, bu qurumun kimsənin dədəsinin-babasının yeri-yurdu, təşkilatı olmadığını düşündüyümdən, üstəlik bu ədəbiyyat nazirliyinin dövlətimizin büdcəsindən maliyyələşdiyi hər kəsə məlum olması tüstümü təpəmdən çıxarırdı. Qərarım isə bu dövlətin maliyyəsi ilə varlığını kimlərinsə şəxsi marağı, istəyi doğrultusunda ayaqda sürdürərək yüzlərlə istedadlı gənc yazarlarımızı hakimiyyətdən, dövlətdən incik salmasını görərənlərdən biri kimi, bu qurumu tərk etməyərək dəhşət doğuran məsələlərin düzələcəyinə ümid bəsləyərək gözləməkdən ibarət olub. Sonda isə bu quruma da, özümə də nifrət edərək bu barədə susmağı özümə borc bilmişdim.
Bir şeyi başa düşə bilmirəm, AYB yazarlar arasında hər hansı məsələdə seçim edərkən nəyi , hansı arqumetləri əsas tutur? Ikinci, nədən bu ölkədə bir neçə yazardan başqa yazarların varlığının olduğunu saya salmadan öz şəxsi münasibətləri konteksində, hər hansı bir fəaliyyətlərində AYB –nin yetgililəri ikrah doğurucu addımlarıyla nəzərə çatdırırlar. Kimlər yaltaqlanırsa onlara iş verir, kitablarına ön söz yazır, xaricdə kitablarını çap etdirir, ölkəmizdən kənarda çıxardıqları antalogiyalara kimlər işlərinə gəlir, özlərinə sərf edir onların yazılarını salırlar. Hər hansı bir mükafat, səfər, nominasiyalar yalnız AYB –də çalışan yazarlara şamil edilir? AYB üzvü olanların çoxu ora ayaq basmaqdan iyrənən gəncləri kimsə görmək istəmir. Mən bu ölkənin bir yazarı, AYB –nin üzvü kimi qurumun son 20 ildəki fəaliyyətrlərinin çox gülünc, gənc nəsl yazarları ölkəyə, millətə, dövlətə nifrət duyğularıyla yaşatmasının mənasını hec cürə başa düşə bilmirəm. Ədəbiyyata dəxli olmayan Rşad Məcidov kimi şəxslərin gətirilib AYB daxilində və dışında bölücülük siyasətini aparmasını cinayət hesab edirəm. Ədəbiyyatın manopoliyalaşmasının əleyhinəyəm. Hətta AYB kimi bir qurumda hər sıradan gələnin də işləməyinin əleyhinəyəm. Əvvəlcə araşdırsınlar görsünlər, bu adamlar kimlərdi? Bir gün müxalifətçi, bir gün iqtidar donu geyib , masqası taxmağın hansı anlam daşıdığı mənim üçün qaranlıqdır. Bütün yazarlar bilir ki, Rəşad Məcidov AYB –də gənclər üzrə bir katib kimi gənclərlə heç bir iş aparmağa qadir deyil. Əksinə intiriqalar yaradıb gəncləri üz-üzə qoymaqla, tanışlıq, qohumluq təfəkkürünü, bir də əlində olan qəzeti işə salmaqla AYB –nin zatən olmayan fəaliyyətinə üstəlik mənfi bir imic qazandırmağa nail oldu. Bilmirəm, bəlkə Azərbaycan dövlətinin balansından maliyyələşən bir qurumun əsas məqsədi, məramnaməsi bundan ibarətdir? Ikincisi, şəxsən mən belə bir qurumun ləğv olunmasını istəmir, başqa ölıkələrin dövlətləri tərəfindən yönəltdikləri ədəbi siyasətlərinin örnəyini də bu məmləkətdə görmək istəmirəm. Niyə? Səbəbi Azərbaycan kimi bir məmləkətdə ədəbiyyatın missiyasının tamami ilə başqa millətləırin, ölkələrin ədəbiyyartının daşıdığı yükün fərqli bir missiyaya malik olduğunun fərqindəyəm. Bizim kimi toplumlarda dövlətə, millətə, mədəniyyətə, cəmiyyətə qarşı formalaşan fikirləri ədəbiyyat həmişə öz üzərinə götürüb və deyim ki, bu önəmli məsələdə hədsiz başarı əldə edib. Misal üçün , deyə bilərəm ki, ilk Azərbaycan dövlətinin başçısı Şah İsmayil Xətainin şair olması, bütün türk padşahlarının hamısının şeir yazması, ilk Azərbaycan cümhuriyyətinin alt yapısını oluşduran ideologiyanın bütün fəlsəfi –məfkurəvi görüşlərinin ədəbiyyatdan gəldiyi, hətda bu istiqamətdə mücadilə vermiş böyüklərinmizin bir ədəbiyyat tərəfinin olması dediklərimə sübut ola bilər. Bu mövzu geniş olduğundan incəliklərinə varmadan əsas məsələyə keçirəm.
Adı çəkilən, qəzetinizdə getmiş yazıdakı AYB-nin mətbuat katibi Ə.Əskəroğlunun narazı yazarlarının düşüncələrini, fikirlərini « küçə yazarlarının şaiəsi « kimi qələmə verməsi çox ağır ifadədir. Ədalət nədən başa düşmək istəmir ki, adını «küçə yazarları» deyə çağırdığı gənc qələm sahibləri bu günkü ədəbiyyatımızı yaradan, ona stimul verən istedadlı adamlardı. Ədalət bəy bilməlidir ki, AYB-nin gənclərə qarşı yönəltdiyi bu tərz münasibət onları SOROS kimi bir yabançı qurumdan maliyyələşməyinə məcbur edib, şərait yaradıb. Bu şərait, məcburiyyət isə bəzi ədəbi qurumların dərgilərində, əllərindəki qəzetlərdə Allaha, peyqənbərə, millətin öndər isimlərinə qarşı ikrah dolu yazıları sonucda üzə çıxarıb. Olmaz dostum, dövlətin ədəbiyyat siyasəti hər halda bu məmləkətdə o qədər də sizin rahat, düşünmədən söyləyə biləcəyiniz bir şəxsi münasibətlərə, maraqlara, çıxarlara dayanan sözcüklərlə, küfürlərlə, təhqiramiz ifadələrlə formalaşmır. . Axı o fikir ədəbiyyat adamının fikiri, rəsmi bir qurumun təmsilçisinin yanaşması olmamalıdır. Tənqidlərə, iradlara dözümlü olub ondan müsbət nəticələr çıxarmaq, çağdaş dövrün tələblərinə, ölkəmizdə gedən hər sahədəki proseslərə ayaq uydurmaq əvəzinə, qaralayıcı, ləkələyici təfəkkürdən əl götürmək lazımdır. Axı feodal təfəkkürlərlə yaşamaq olmaz, dostum. Digər bir xüsus, Azərbaycan Respublikasının prezidenti sayın İlham Əliyevin yazarlarımızın sosial həyat tərzinin yaxşılaşdırılması ilə əlaqədar verdiyi məlum fərmanından da sui-istifadə etmək düzgün deyil. Prezident Aparatına AYB tərəfindən təqdim olunan siyahıda bilmək olmur gənc kimdir, cavan kimdir, qoca kimdir. Bu qədər hörmətsizlik yolverilməzdir. Ikincisi, indiyə kimi təqaüdə adı salınmış onlarla yazarların adlarının siahıya salınması hansı anlam daşıyır. Yöxsa bu ölkədə təqaüd verməyə yazarmı qəhətdir? Bəs yaxşı heç bir işi-gücü, keçim imkanı, yaşayış yeri olmayan gənc , istedadlı yazarları görməzlikdən gəlib, iş imkanı, dolanışıq imkanı heç də pis olmayan yazarları təqaüdlə , özü də təkrar təmin etməyə hansı anlam vermək mümkündür? Məlum siyahıya AYB funksiyonerlərinin və yaxın əqrabalarının, dostlarının, hətta övladlarının salınması nə deməkdir? Üzür istəyirəm, bu artıq Prezidentin fərmanıyla məzələnməyə oxşayır. Bu iradları dilə gətirəndə isə cavabları bu olur ki, kənarda qalanlar AYB-yə və onun başqanına qarşı mübarizə aparır, aqressif davranırlar. Bu adamlar hələ də başa düşmək istəmirlər ki, bu məmləkətdə hər bir məmur, idarə müdrü, dövlətə bağlı işlərin yönəlticiləri vasitəçidir. AYB başqanı tənqid olunursa, ölkə başçısı demir ki, sən tənqid olunduğun üçün öz bildiyin kimi hərəkət etməlisən. . Bu dövlətin ədəbi siyasəti döğrultusunda addımlar atılmalıdır, ya yox? Digər yöndən , qardaş, elə işıqlı əməllər sahibi olun, müsbət işlərinizdən danışılsın da? Nə oldu , bəyəm sizlər düşmənsiniz kiməsə? Xeyir, mən əsla belə düşünmürəm. Sadəcə bu gün bir yazar kimi, AYB üzvü kimi bu qurumun fəaliyyətində, o cümlədən sonuncu Təqaüd məsələsi ilə əlaqədar biabırçı, üz qaraldacaq nöqsanlar görürəm.

.jpg)
Hiç yorum yok:
Yorum Gönder